1. Palana bəzək üçün tikilən rəngbərəng iri muncuqlar.
2. Məcazi mənada: dəyərsiz, qiymətsiz.
Xərmöhrə gətirib ləldir deyər,
Doğru söz deyərsən, təbinə dəyər.
Bir igid öz qədrin bilməsə əyər,
Düşər el gözündən, hörməti olmaz.
(“Məsim və Diləfruz”)
Qeyd: N.Tusi “Cavahirnamə” əsərində xərmöhrə haqqında belə yazır: “Xərmöhrə ağ və uzun boyun sümüyüdür. Hər iki üzündə xallar vardır. Uzunsovdur. Uzunqulağın boyun arxasındakı ətdən çıxarılır... Əzilmiş halda vərəmli xəstələrə verilir”.